Dünyada belə ev tikilməmişdi - FOTO

9 Aprel 2014 20:04

"Ensamble Estudio" memarlıq bürosu tanınmış dizaynerlər Rikardo SansXavyer Kuesta ilə birlikdə unikal ev layihəsini reallaşdırıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İspaniyanın Kosta del Morte bölgəsində, Atlantik okeanınn sahilində yerləşən bu birotaqlı ev mağara formasındadır.
 

Evin hazırlanması üçün 2 ton betondan istifadə olunub.
 

Trüfel göbələyi formasında olan və bu səbəbdən də "The Truffle" adlanan evin inşası üçün yer qazılıb, çuxura saman bağları düzülüb. Sonra otaq formasındakı samanın ətrafına beton tökülüb, konstruksiyanın üstü torpaqlanıb.
 

Sonucda "Trüfel" adlı ev alınıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.