Heyvan və quşları yaz xəstəliklərindən necə qoruyaq?

9 Aprel 2014 17:45

Yaz mövsümündə mal-qaranın və ev quşlarının infeksion xəstəliklərə yoluxmaması üçün baytar-həkimlər tərəfindən müvafiq tədbirlər görülür. Milli.Az El TV-yə istinadən xəbər verir ki, məsləhətçi-baytar İbrahim Vəliyevin sözlərinə görə, heyvanlarda, əsasən, dabaq və qarayaraya qarşı, toyuq-cücədə isə nyukasl xəstəliyinə qarşı profilaktik olaraq vaksinasiya işləri aparılır.

Heyvanların yaz mövsümünə xas xəstəliklərə yoluxmaması üçün məsləhətçi-baytar müəyyən dezinfeksiya işlərinin aparılmasını məsləhət görür. Məsləhətçi-baytar İbrahim Vəliyev bildirir ki, əgər profilaktik tədbirlər görülməsə, heyvanlarda ətin məhsuldarlığı aşağı düşər, südün miqdarı azalar. Bu isə fermerlərə ciddi ziyan vura bilər.

Milli.Az