Şabranda ev yandı - YENİLƏNİB

9 Aprel 2014 18:46

Yanğın nəticəsində evin 80 kvadratmetrlik hissəsi içində olan əşyalarla birlikdə yanaraq kül olub


18:46
 

Bu gün günorta saatlarında Şabranda yaşayış evində yanğın baş verib. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, rayonun Dəvəçi kəndində yaşayan 42 yaşlı Seyfəddin Məmmədova məxsus 2 mərtəbəli yaşayış evinin yuxarı mərtəbəsi alışaraq yanıb. Yanğın nəticəsində evin 80 kvadratmetrlik hissəsi içində olan əşyalarla birlikdə kül olub.

Hadisə yerinə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğın söndürən maşını cəlb olunub. Yanğının qaz peçindən divardakı lambirə keçdiyi bildirilir. Hadisə nəticəsində heç kim xəsarət almayıb.


--------
16:45

Şabran rayonunun Dəvəçikənd kəndində yanğın baş verib. Hadisə vətəndaşa məxsus olan yaşayış evində baş verib. FHN-nin Şabran DYMH-dən RTV-yə verilən məlumata görə, hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınır.

Milli.Az