Kılıçdaroğluna hücum edən şəxs AKP-nin üzvü imiş

9 Aprel 2014 17:09
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna hücum edən şəxsin hakim partiyanın üzvü olduğu məlum olub.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hüseyn Çelik bildirib.

Onun sözlərinə görə, müxalif partiyanın liderinə hücum edən Orxan Övet hakim partiyadan xaric edilib.

Xatırladaq ki, ötən gün Türkiyə Böyük Millət Məclisində CHP-nin lideri K.Kılıçdaroğluna yumruq atıblar.

Milli.Az