Cavanşir Məmmədov canlı yayımda studiyanı niyə tərk etdi? - FOTO

9 Aprel 2014 16:36

Sənətçini studiyanı yarımçıq tərk etməyə nə məcbur etdi?

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Günaydın"ın bugünkü qonaqları sırasında müğənni qismində Manaf Ağayev, Mənzurə MusayevaCavanşir Məmmədov iştirak edib. Mövzusu müğənnilərin "Toy qiymətləri və vergilər"ə həsr edilən verlişin bu sayı maraqlı məqamları ilə yadda qalıb.

Müğənnilər qazanclarının qarşılığında vergini nə dərəcədə vaxtı-vaxtında ödəyib-ödəmədiklərini öyrənmək üçün verilişin aparıcısı studiyada qonaq qismində əyləşən adıçəkilən üç müğənnidən VÖEN tələb edib. Manaf Ağayev və Mənzurə Musayeva vergini ödədikləri sənədi üzərlərində gətirmədiklərini söyləsələr də, Cavanşir Məmmədov "İstəyirsiniz VÖEN-mi də, digər sənədlərimi də sizə təqdim edim" deyib. Müğənninin bu ürəkli addımını alqışlayan aparıcı "O zaman zəhmət olmasa VÖEN-ü studiyaya gətirərdiniz" bildirib. Aparıcının bu sözündən "etmə tənbəllik" deyib efir arxasına keçən ifaçı, bir neçə dəqiqədən sonra sözügedən sənədlərlə studiyada yenidən öz yerini alıb:

"Mən hara gedirəmsə, bu sənədləri hər zaman özümlə gəzdirirəm. Mənim 16 nəfərdən ibarət musiqiçi qrupum var. Onların hər birinin, hətta şoferimin belə VÖEN-i var".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.