10 aprel tarixində saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Mustafa Mərdanovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Yubiley tədbirində aktyorun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, eləcə də onun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunacaq.Akademik Milli Dram Teatrında Mustafa Mərdanovun xatirə gecəsi keçiriləcək