"Selfie" fotolar plastik əməliyyatların sayını artırıb

9 Aprel 2014 16:21
"Selfie" (avtoportret) tipli fotolar dünyada artıq dəb halını alıb. Bu cür şəkillərin dəbə düşməsi plastik cərrahların da işinə yarayıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, "selfie" fotolar yaxından çəkildiyi üçün üzdəki qüsurları da açıq göstərir. Bu səbəbdən "selfie" həvəskarları həmin qüsurları aradan qaldırmaq üçün plastik cərrahlara üz tuturlar. Hətta gənc yaşda olan insanlar da gözəl görünmək üçün cərrahi əməliyyatlara əl atırlar. 

Estetik cərrahiyyə mütəxəssisləri deyirlər ki, bu tip fotolarda üz qüsurları daha çox önə çıxır. Həkimə müraciət edənlər "selfie" fotolarda burunun böyük görünməsi, gözün altındakı çuxurların dərin olmasından daha çox şikayətlənirlər. 

20 yaşlı insanlar anadangəlmə qüsurları aradan qaldırmaq üçün plastik cərrahların yanına gedirlər. 

Milli.Az