Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, əvvəlki illərdə də aprel ayında, xüsusilə aprelin I ongünlüyündə qeyri-sabit, küləkli hava şəraiti müşahidə edilib. Lakin əvvəlki illərdən fərqli olaraq, bu il yazda hava şəraitində kəskin dövrlərin baş vermə halları və onların təkrarlanma sayı artıb. Əvvəlki illərlə müqayisədə bu il yaz dövründə anomal hidrometeoroloji proseslərdə artım qeydə alınır. Bu, dünyada baş verən iqlim dəyişmələrinin atmosfer sirkulyasiyasına təsiri ilə izah olunur.Azərbaycanda iqlim dəyişmələrinin təsiri nəticəsində yaz dövründə anomal hidrometeoroloji proseslərin baş verməsi halları artıb