İlkin Həsəni 40 min dollara reklama çəkilir?

9 Aprel 2014 15:49

Məşhur teleaparıcı İlkin Həsəni 40 min ABŞ dolları müqabilində yerli banklardan birinin reklam rolikinə çəkilib

Milli.Az xəbər verir ki, qafqazinfo-ya daxil olan xəbərə görə, ötən həftənin sonlarında İlkin Həsənini fotoqraf Ruslan Nəbiyevin studiyasında görünüb. Fotoqraf İlkin Həsənini yeni foto çəkilişlərə hazırlayırmış və onlar rolik haqda söhbət ediblər.

Mənbəmizin məlumatına görə, İlkin Həsəni yeni reklam rolikinə çəkildiyini və bunun müqabilində ona 40 min dolların verildiyini deyib. Oxucumuzun sözlərinə görə, o, söhbət əsnasında reklam roliki haqda eşitsə də, onun hansı bank üçün hazırlandığını müəyyənləşdirə bilməyib.

Mənbə onu da bildirib ki, onu heyrətləndirən əsas məqam teleaparıcıya bir rolikə görə nə az, nə çox düz 40 min dollar qonorarın verilməsi məsələsidir ki, heç bir yerli şou-biznes ulduzuna bir reklam rolikində iştiraka görə bu qədər qonorar verilmir.

Məlumatı dəqiqləşdirmək üçün redaksiyamız İlkin Həsəni ilə əlaqə saxlayıb. Teleaparıcı Azərbaycanda fəaliyyət göstərən banklardan biri üçün reklam rolikində çəkildiyini təsdiqləsə də, nə bankın adını, nə də aldığı qonorarın məbləğini açıqlayıb.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.