19:36
FHN Bakıda maşınqayırma zavodunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Azərneftkimyamaş" ASC-yə məxsus maşınqayırma zavodunun ərazisində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1500 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda zavodda baş verən yanğın söndürülüb
Milli.Az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zavodun dam örtüyündə qeydə alınıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hazıra yanğının baş vermə səbəbləri araşdırılır.