Bir müddət öncə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna edilən əlavə və dəyişikliklərin qüvvəyə minməsi barədə xəbər vermişdik. Dəyişikliklər şəffaflığın artırılmasına hesablansa da, yeniliyə etiraz edənlərin də sayı az deyildi. Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası prosesləri diqqətdə saxlamaq üçün komissiya təşkil edib və hər hansı çətinliklə rastlaşan QHT təmsilçilərinə yardımçı olmağa çalışır. Bəs görəsən qanuna edilən dəyişikliklər praktikada QHT-lərin işinə necə təsir edib?İş prosesində ortaya çıxan problemlər də qısa müddətdə həll edilir