Dindar konqresmenin intim görüntüləri yayıldı - VİDEO

9 Aprel 2014 15:37
Amerikalı konqresmen Vanse MakAllisterin intim görüntüləri yayılıb. Milli.Az xəbər verir ki, Luiziana ştatından olan respublikaçı konqresmenin görüntüləri müşahidə kameralarında qeydə alınıb. O, həyat yoldaşı olmayan bir qadınla qaranlıq otaqda intim münasibətlərdə olub. 

Ailəli və 5 uşaq atası olan konqresmen seçki dövründə "konservativ xristian" kimi təbliğat kampaniyası həyata keçirib. 

"The Ouachita Citizen" qəzeti həmin görüntüləri anonim mənbəyə istinadən Youtube video serverində yayıb. Qəzetin məlumatına görə, görüntülər ötən ilin dekabr ayının 24-də çəkilib. 

Milli.Az