Xərçəngdən əziyyət çəkən aktrisamız vətənə qayıtdı

9 Aprel 2014 15:13
Süd vəzisi xərçəngindən əziyyət çəkdiyi üçün Türkiyəyə müayinə olunmağa gedən Musiqili Teatrın aktrisası Xanım Qafarova Azərbaycana qayıdıb. Milli.Az xəbər verir ki, bu barədə lent.az-a aktrisanın özü məlumat verib. O, müalicəsini ev şəraitində davam etdirir:

"Havaların dəyişməsi ilə əlaqədar bədənimdə ağrı hiss edirdim. Həm də illərdir əziyyət çəkdiyim xəstəlikdən dolayı yenidən Türkiyədə müayinə olundum. 12 seans şüa qəbul etdim. Bundan əlavə qan köçürdülər. Bütün bunlara baxmayaraq üç ay sonra yenidən Türkiyəyə müayinəyə getməliyəm. Amma indi hazırda müalicəmi evdə davam etdirirəm".

X.Qafarova daha sonra aktrisalıq fəaliyyətindən də söz açdı: "Səhnə üçün, teatr səhnəsində oynayacağım rollar üçün və kollektivimiz üçün çox darıxmışam. Artıq Bakıdayam. Bir-iki həftə özümə gəlim, yenidən Musiqili Teatrın məşqlərinə qatılacağam. Həmin günü isə səbirsizliklə gözləyirəm".

Milli.Az