Bankdan kredit götürmək istəyənlər üçün xəbər var

9 Aprel 2014 15:16

Azərbaycanda kredit şərtləri daha sərfəli olan bank "Bank of Baku"dur. Milli.Az saytının oxucular arasında keçirdiyi rəy sorğusu bunu deməyə əsas verir.
 

Martın 24-dən başlanılan sorğuda "Bank of Baku", "Zamin Bank", "Dəmir Bank", "Bank Technique", "Nikoil Bank ", "Bank of Azerbaijan", "Kapital Bank", "Access Bank", "YapıKredi", "Unibank", "Parabank " və "Amrahbank" kimi ölkənin aparıcı maliyyə qurumlarının adları sadalanıb.
 

Sorğuda iştirak edən 6106 nəfər oxucudan 27 %-i (1624 nəfər) "Bank of Baku"ya səs verib. İkinci yerdə isə 26 % səslə (1558 nəfər) "Unibank" qərarlaşıb. Reytinq cədvəlinin ilk üçlüyünü 9 % (577 nəfər) səslə "AccessBank" qapayır.


Beləliklə, Milli.Az-ın sorğusuna əsasən, Azərbaycanda ən sərfəli kredit şərtləri təklif edən bakların reytinqi aşağıdakı kimidir.


S/s

Bankın adı

Topladığı səs
(% ilə)

Topladığı səs
(nəfər)

Bank of Baku

27 %

1624

Unibank

26 %

1558

AccessBank

9 %

577

YapıKredi

8 %

493

Kapital Bank

8 %

491

DəmirBank

6 %

343

ZaminBank

4 %

240

Bank Technique

3 %

200

Amrahbank

3 %

155

Nikoil Bank

3 %

153

Bank of Azerbaijan

2 %

148

Parabank

2 %

124

Teymur Hacıyev
Milli.Az