Nazim İmanov institut direktoru oldu

9 Aprel 2014 15:04

Sabiq deputat Azərbaycan Milli Elmlər Akademiyasında direktor olub

Milli.Az xəbər verir ki, mia.az-a daxil olan məlumata görə, vaxtı ilə Azərbaycan siyasətinin "qaymaqları"ndan sayılan iqtisadçı alim Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun yeni direktoru olub. Keçirilən seçkidə Nazim İmanov daha çox səs toplayaraq, direktor kürsüsünə layiq görülüb.

Qeyd edək ki, Nazim İmanov bu vəzifədə İsa Alıyevi əvəzləyib.

Məsələ ilə bağlı AMEA və sözügedən institutdan münasibət öyrənə bilmədik. İnstitutun aparıcı şəxslərindən olan sabiq direktor Şahbaz Muradov isə mia.az-a deyib ki, Nazim İmanovun yeni direktor təyinatından tam məlumatlı deyil: "Lakin mən də eşitmişəm ki, o, yeni direktorumuz olacaq. Nazim müəllim bu posta layiqli bir alimdir".

Xatırladaq ki, Nazim İmanov AMİP-in yaradıcılarından biri olub.

Milli.Az