Bağdad yenə qana bulandı

9 Aprel 2014 15:07
Bağdadada 6 ədəd minalanmış avtomobil partladılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb. 

Partlayışlar səhər saat 10 radələrində İraq paytaxtının 5 rayonunda baş verib. 

Qeyd edək ki, aprelin 9-da Bağdadın Amerika tərəfindən işğal edilməsinin və Səddam Hüseyn rejiminin 11-ci ili tamam olur. 

Milli.Az