Azərbaycanda avtomobil aşdı, sürücü öldü

9 Aprel 2014 14:32

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 8-də saat 16 radələrində Beyləqan rayonu Əhmədli kəndinin ərazisində Şərq qəsəbə sakini Rəhbər Fərəcov idarə etdiyi "Kia" markalı avtomobili aşırıb.

Nəticədə sürücü R.Fərəcov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az