İnanmaq çətindir, amma hərbi kazarmadır - FOTOSESSİYA

9 Aprel 2014 19:22

Norveçin hakimiyyət dairələrinin qəbul etdiyi qərara görə, bundan sonra ölkə ordusunda qadınlarla kişilər arasındakı ayrı-seçkiliyə son qoyulacaq.

Beləliklə, Norveç əsgər kazarmalarında qadınlarla kişilərin eyni məkanda yatacaqları ilk NATO ölkəsi olacaq.
 

Milli.Az AHT-yə istinadən bildirir ki Norveç Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, "uniseks kazarma" ilə bağlı 3 aylıq pilot layihəsi uğurla başa çatıb.
 

Ortaq otaqlarda 4 kişi, 2 qadın bir məkanda yatırlar.
 

Kişi hərbçilərdən fərqli olaraq, qadınlardan saçlarını qısa kəsdirmək tələb olunmur. Üstəlik, Norveç ordusunda qadın hərbçilər vegetarian menyu da seçə bilərlər.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.