Şəhər meri meymunla evlənəcək

10 Noyabr 2010 10:33
Konqo Demokratik Respublikasının Şərqi Kasai vilayətindəki Mbuji-Mayi şəhəri yaxınlığındakı Kişaqanqi qəsəbəsinin meri Jozef Muzito bu gecə yoxa çıxıb.
Milli.Az xəbər portalı "Afrika Times"ə istinadən bildirir ki, səhər saatlarında Muzitonun arvadı polisə müraciət edib. Polis merin iş otağının qapısını açarkən oradakı masanın üstündə yazılı vərəqə görüb.

Mer J. Muzito orada yazıb ki, arvadının dözülməz davranışı və xasiyyətindən bezərək həyatını dəyişmək qərarına gəlib.
"Əsl əcinnə və ifritə olan arvadımla yaşamaq istəmirəm. Merlikdən də artıq bezmişəm. Hər şeydən imtina edirəm. Cəngəliyyə gedirəm və orada bir meymunla evlənəcəyəm", - mer bildirib.
59 yaşli merin axtarışları davam edir.

Orxan
Milli.Az