Bakının mərkəzində yaşayış evində yanğın olub - YENİLƏNİB

9 Aprel 2014 15:11
15:11

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.


Milli.Az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ümumilikdə 12 kv.m ərazini əhatə edib.

Yanğının baş verməsinə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Qeyd edək ki, yanğın saat 13:56-da Dilarə Əliyeva küçəsi 239/8 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində başlamışdı.

Binada olan sakinlər təxliyyə edilmişdilər.


----------
14:18

Bakıda yaşayış evində yanğın başlayıb

Milli.Az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Səməd Vurğun bağının yanında - Dilarə Əliyeva küçəsi 239/8 ünvanında yerləşən yaşayış evində başlayıb.

Hadisə yerinə Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb ediliblər.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Milli.Az