Britaniya taxtının varisi, balaca şahzadə rəsmi qəbulda - FOTOSESSİYA

9 Aprel 2014 14:17

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Uilyamın ailəsi ilə birlikdə Yeni Zelandiya ilə Avstraliyaya səfəri davam edir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şahzadə Uilyam, onun xanımı, Kembric hersoginyası Ketrin Middlton və 9 aylıq şahzadə Corc Yeni Zelandiyadadır.
 

Vellinqtondakı hökumət iqamətgahında balaca Corc ilk dəfə olaraq "geniş ictimaiyyət qarşısına" çıxıb.

Rəsmi qəbulda şahzadə Corcun yanında 10 körpə - 6 qız və 4 oğlan da vardı.
 

Balaca şahzadənin dayəsi Maria Teresa Turrion Borrallo onun yanından ayrılmayıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.