Azərbaycanda üç avtomobil toqquşdu - YENİLƏNİB - VİDEO

9 Aprel 2014 18:43
13:32

Ötən axşam Yevlax şəhərində zəncirvari yol qəzası olub.

Milli.Az EL TV-yə istinadən bildirir ki, hadisə Nizami prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib. Yol hərəkəti qaydalarını pozan "Mersedes Benz" "VAZ 21015" markalı avtomobillə toqquşub. "VAZ 21015" isə "VAZ 2106"ya dəyib.

Qəza zamanı hər üç avtomobilə ciddi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

---------
18:43