Xalq artisti evinə oğru girməsi xəbərindən danışdı

9 Aprel 2014 14:58
Xalq artisti Amaliya Pənahova Mərdəkan qəsəbəsindəki bağ evinə oğru girməsi ilə bağlı xəbərə münasibət bildirib.

Milli.Az bildirir ki, aznews.az-a açıqlama verən aktrisa yayılan xəbərlərin yalan olduğunu bildirib:

"Bayaqdan hamı buna görə mənə zəng vurur. Artıq təngə gəlmişəm. Yalan xəbərdir".

Qeyd edək ki, xalq artistinin evinə oğru girməsi ilə bağlı xəbəri lent.az saytı yaymışdı.

Milli.Az