Emil Bədəlov: "Günay İbrahimlini sevməmişəm"

9 Aprel 2014 13:41
"Gənc müğənnilər Günay İbrahimliEmil Bədəlov arasında gizli sevgi alovlanır. Onlar gizli sevgi yaşayır və gizli görüşürlər" - bu biçimdə yayılan xəbərlər şou gündəmində əsas danışılan mövzulardan birinə çevrilib.

Milli.Az mövqe.az-a istinadən xəbər verir ki, son günlər cütlüyün sevgili olduğu, hətta gizlin görüşdüyü deyilsə də, hər iki tərəf bunu inkar edib. Evli müğənni E. Bədəlov hətta belə şayiələrin ailəsinə də heç bir təsir etmədiyini açıqlayıb:

"Ailə qurmamışdan qabaq mənim sevgi münasibətində olduğum xanımlar olub, amma Günayı sevməmişəm. Bu bir reklam çarxından olan görüntülərdir. Biz onunla dostuq. Günay çox tərbiyəli,  ağıllı və gözəl ailə tərbiyəsi görmüş qızdır. İnşallah, nə vaxt toy etsə, mən qardaş kimi onun toyunda iştirak edəcəm".

Milli.Az