Nadir Qafarzadə: "Mənim hər açıqlamam reytinq gətirir"

9 Aprel 2014 14:25
Müğənni Nadir Qafarzadə "Şou+" verilişinə verdiyi açıqlamada öz ünvanına təriflər yağdırıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi özünü cazibədar ulduz hesab etdiyini deyib:

"Mənim hər açıqlamam reytinq gətirir. Məndə cazibə qüvvəsi, şirinlik var. Tamaşaçını cəlb edə bilirəm".

Xalq artisti Faiq Ağayevlə aralarındakı münaqişəyə son qoyan N.Qafarzadə onunla üz-üzə gəlməməklərinin səbəbini açıqlayıb:

"İkimiz də kamil insanlarıq. O da nə etdiyini bilir, mən də. Buna görə də aradakı qalmaqala son qoyduq. İndi münasibətlərimiz yaxşıdır. Mənim içimdə Faiqə qarşı qətiyyən kin yoxdur. Məclislərdə qarşılaşmırıq. Nə qədər gec-gec görüşsək, o qədər yaxşıdır. Tez-tez rastlaşanda insan bir-birini qıcıqlandırır".

Milli.Az