Berluskoni qocalar evində işləyəcək

9 Aprel 2014 12:27

Onun toksikomanlar və nəzarət altında olan azyaşlılar ilə ünsiyyət qura bilmək imkanı olmayacaq

İtaliyanın baş naziri Silvio Berluskoni 9 ay qocalar evində ictimai işlərdə çalışacaq.

Anspress-in məlumatına görə, bu barədə İtaliyanın "Avvenire" qəzeti məlumat verir. Yerli hüquq-mühafizə orqanlarının təklif etdiyi tərbiyələndirici işlər psixoloji əhəmiyyət daşımalıdır. Əmək elə də ağır olmamalıdır, öhdəliklərini isə həftədə bir dəfə, səhər və ya nahar vaxtı icra edəcək. Seçimi özü edəcək.

Qocalar evi Milanda yerləşir.

Cəzanın məqsədi məhkumu islah etməkdir. Buna görə Berluskoni toksikomanlar və nəzarət altında olan azyaşlılar ilə ünsiyyət qura bilməyəcək. Bundan başqa, Berluskoni axşam saat 11-ə kimi evinə qayıtmalı və səhər 6-dan tez də işə getməməlidir.

Milli.Az