Azərbaycandakı "Premium Euro-95" benzini ilə bağlı rəsmi açıqlama

9 Aprel 2014 12:05
Azərbaycana yeni gətirilən "Premium Euro-95" markalı benzininin laboratoriya analizləri aparılıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

O bildirib ki, ölkəyə yeni gətirilən "Premium Euro-95" və "Euro-98" benzin markalarının "Euro-5" ekoloji standartının tələblərinə uyğun olduğu barədə ona məlumat verilib: "Euro-92" benzini isə Azərbaycanda istehsal olunur. Bu benzin də bizim hazırladığımız standarta uyğun gəlir".

Milli.Az