Qvardiola ulduz futbolçunu göylərə qaldırdı

9 Aprel 2014 11:49
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted"in futbolçusu Ueyn Runi haqda xoş sözlər deyib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan mütəxəssis Çempionlar Liqasının 1/4 finalında "MY" ilə matç öncəsi keçirilən mətbuat konfransında ingilis hücumçunu çox bəyəndiyini bildirib:

"Runi indiyə kimi gördüyüm ən yaxşı futbolçular sırasındadır. Onun cavab qarşılaşmasında meydanda olmasını çox istəyirəm".

Qeyd edək ki, Runi ayaq barmağından zədələndiyi üçün onun Münhen təmsilçisi ilə matçda iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

Milli.Az