Mançini "Qalatasaray"dan ayrılır? - AÇIQLAMA

9 Aprel 2014 12:50

Mançini: "Mən açıq danışacam"

"Qalatasaray"ın baş məşqçisi "İnter"i çalışdırmağı düşünmür.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə italiyalı mütəxəssis A seriyası təmsilçisinə gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib:

"Burada işimə davam edirəm. "İnter"ə gedəcəyimlə bağlı olan iddialar yalandır. Mən açıq danışacam. Bu cür xəbərləri eşidəndə təəccüblənirəm. "Qalatasaray"la müqaviləm davam edir və İstanbul klubundan ayrılmaq fikrim yoxdur".

Milli.Az