Droqbadan "Fənər"lə oyun üçün böyük jest

9 Aprel 2014 12:13
"Qalatasaray"ın hücumçusu Didye Droqba futbolçu karyerasında bir ilkə imza atıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kotdivuarlı hücumçu "Fənərbağça" ilə matçda ilk dəfə olaraq iynələrlə ağrılarını azaldaraq meydana çıxıb. Təcrübəli oyunçu zədəli olmasına baxmayaraq, qarşılaşmadan əvvəl "Cim-Bom"un baş məşqçisi Roberto Mançiniyə bu matçda oynamaq istədiyini bildirib. Droqba iynələrin köməyi ilə derbidə iştirak edib.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az