Qvardiola "Mançester Yunayted"dən qorxdu?

9 Aprel 2014 14:10
"Mançester Yunayted" yenə də müdafiədə oynayacaq. Rəqib əks-hücumlarla qol vurmağa çalışacaq. Bu cür oynamağı onlar çox yaxşı bacarırlar. İngiltərə klubları çox təhlükəlidir. "MY" da güclü komandalardandır. İlk oyunda azarkeşlər "Bavariya"nın rahat qələbə qazanacağını düşünürdülər. Ancaq indi hansı komandanın növbəti mərhələyə yüksələcəyini müzakirə edirlər".

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə cavab qarşılaşması öncəsi keçirilən mətbuat konfransında deyib.

İspan mütəxəsis öz meydanlarında oynayacağı üçün bu üstünlükdən istifadə etməyə çalışacaqlarını bildirib: "Cavab qarşılaşmasını öz meydanımızda oynamağımız bizim üçün çox yaxşı oldu. Qələbə qazansaq, yarımfinaldayıq. Futbolçularım bu oyunda nə etməli olduqlarını yaxşı bilirlər".

Xatırladaq ki, bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Milli.Az