İnyesta: "İlk dəqiqədən..."

9 Aprel 2014 14:19

İnyesta: "Səhvsiz oynamalıyıq"

"Barselona"nın futbolçusu Andres İnyesta Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə oyun öncəsi İspaniya mətbuatına danışıb.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, yarımmüdafiəçi "Mundo Deportivo" qəzetinə açıqlamasında cavab qarşılaşmasının ilk matçdan daha çətin keçəcəyini deyib:

"Düzdür, ilk oyun da çox ağır oldu. "Atletiko" möhtəşəm oyun nümayiş etdirdi. Ancaq ikinci matç daha çətin olacaq. İlk dəqiqədən qarşılaşma bitənə qədər hər iki komanda qələbə qazanmaq üçün mübarizə aparacaq. "Atletiko"nu məğlub etmək üçün səhvsiz oynamaq lazımdır", - İnyesta bildirib.

Qeyd edək ki, "Atletiko" - "Barselona" matçı sabah oynanılacaq. Bu komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb.

Milli.Az