Simeone onu yerə-göyə sığdırmadı: ""Atletiko"nun Messisidir"

9 Aprel 2014 13:05

Simeone: "Kosta "Atletiko"nun Messisidir"

""Barselona" bu matçda da oyun üslubunu dəyişməyəcək. Onlar hər zaman qol vurmağa çalışırlar. İlk oyunda səfərdə 1:1 hesabı ilə bərabərə qaldığımız üçün üstünlüyümüz var. Ancaq unutmamalıyıq ki, "Barsa" bir neçə həftə öncə "Real"la "Santyaqo Bernabeu" stadionundakı görüşdə dörd qol vurub. İnanıram ki, bu, Çempionlar Liqasında cari mövsümün ən baxımlı matçlarından biri olacaq".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Argentinalı mütəxəssis komandasının zədəli futbolçusu Dieqo Kostanın sabahkı qarşılaşmada iştirak edib-etməyəcəyinə də aydınlıq gətirib. Kostanı "Atletiko"nun Messisi adlandıran Simeone onun hazır olacağı təqdirdə, "Barsa" ilə görüşdə oynayacağını deyib:

"Ancaq tam ağrıları keçməsə, onu oynadaraq risk etməyəcəm".

Milli.Az