"Çelsi" qazandı, amma görün kimi itirdi...

9 Aprel 2014 12:32

"Çelsi"nin aparıcı futbolçusu sıradan çıxdı

Çempionlar Liqasının 1/4 final mərhələsində öz meydanında PSJ ilə qarşılaşan "Çelsi"nin aparıcı futbolçusu Eden Hazard sıradan çıxıb.

Qol.Az-ın məlumatına görə, matçın 18-ci dəqiqəsində zədələnən yarımmüdafiəçi Andre Şürrle ilə əvəzlənib. Şürrle isə meydana daxil olandan az sonra hesabı açıb.

Qeyd edək ki, Hazardın zədəsinin nə dərəcədə ciddi olması həkim müayinəsindən sonra bilinəcək.

Milli.Az