Mourinyo o qaçışının sirrini açıqladı

9 Aprel 2014 13:47

Mourinyo: "Rəqibi cəzalandırdıq"

"Futbolçularım istədiyim hər şeyi etdilər. Əgər ikinci qolu vurmasaydıq və mübarizəni dayandırsaydıq, yenə də oyunçularımla qürur duyacaqdım. Növbəti mərhələyə yüksəldiyimiz üçün çox xoşbəxtəm. Daha tez hesabı aça bilərdik. Rəqib əsasən müdafiə olunmağa, əks-hücumlar etməyə üstünlük verirdi. Bu isə bizim işimizi daha da çətinləşdirdi. Ancaq rəqibi cəzalandırdıq".

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında PSJ ilə oyundan (2:0) sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, London klubu ikinci qolu vurduqdan sonra o, futbolçularının yanına qol sevincini qeyd etmək üçün deyil, taktikalar vermək üçün gedib: "Ora Torres Demba Baya hansı dəyişikliklər etmək lazım olduğunu söyləmək üçün getmişdim. Oyunun bitməsinə üç dəqiqə qalmışdı. Buna görə də daha risk etmək istəmədim".

Mourinyo həmçinin yarımfinalda hansı klubla qarşılaşacaqlarının onlar üçün fərq etmədiyini qeyd edib.

Milli.Az