"Barselona" bir qola görə oynayacaq?

9 Aprel 2014 12:01
Bu gün ÇL-in 1/4 final mərələsinin cavab oyununda Madridin "Atletiko" klubu ilə qarşılaşacaq "Barselona"nın baş məşqçisi Xerardo Martino görüş haqda fikirlərini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, oyunqabağı mətbuat konfransında çıxış edən argentinalı mütəxəssis ilk olaraq komandasının hesabı açacağı təqdirdə turu keçməyin çətin olmayacağını deyib.

"İlk oyunun nəticəsinə görə, üstünlük rəqibin tərəfindədir. Mütləq ən azı bir qol vurmalıyıq. Bunu bacarsaq, tam başqa bir oyun izləyəcəksiniz. Və biz üstünlüyü ələ alacağıq. Bununla belə, çox gərgin oyun olacaq".

Qeyd edək ki, "Barselona" bu mövsüm "Atletiko" ilə dörd dəfə üz-üzə gəlib və bütün qarşılaşmalarda bərabərlik qeydə alınıb. ÇL-ın 1/4 finalının ilk oyunu isə 1:1 hesabı ilə başa çatıb.

Milli.Az