Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - YENİLƏNİB - FOTO

9 Aprel 2014 13:18
10:44

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri aprelin 9-da başa çatmışdır.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yola saldı.

Dövlətimizin başçısı Naxçıvandan İran İslam Respublikasına yola düşdü.
 
Milli.Az

---------
13:18

Böyütmək üçün şəkillərə klikləyin.




Foto: AzərTAc