Günay İbrahimli: "Mənim də həyatımda nakam sevgi olub"

9 Aprel 2014 12:25
Müğənni Günay İbrahimli nakam sevgisindən danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Şou+" verilişinə açıqlama verən sənətçi sevgisi ilə bağlı etiraflar edib. Hazırda qəlbi boş olan Günay depressiyaya düşməkdən qorxur:

"Mənim də həyatımda nakam sevgi olub. Bundan peşman da deyiləm. Sevgi pis hiss deyil. Vay o günə ki, heç sevməyəsən. Bu hissi bilməyənə yazıq kimi baxıram. Hazırda qəlbim boşdur. Həyatımda kimsə olsa, deyəcəm, gizlətməyi xoşlamıram. Məni istəyənlər çoxdur. Amma ətrafımda çox xəyanət, boşanma görürəm. Bu da psixologiyama təsir edir. Deyirəm münasibət quraram, alınmaz, depressiyaya düşərəm".

Türkiyəli ifaçı Zinət Salıya bənzədilməsindən söz açan G.İbrahimli bundan narahat olmadığını bildirib:

"Yeni imicimi Zinət Salıya bənzədirdilər. Onun son klipinə baxdım. Bu fikirlə özüm də razıyam. Ona bənzərliyim var".

Milli.Az