Neftin qiyməti artıb

9 Aprel 2014 10:43
Aprelin 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 2,12 dollar artaraq 1 barelə görə 102,56 dollar təşkil edib.
 
APA-nın məlumatına görə, aprelin 8-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,85 dollar artaraq 107,67 dollar olub.

Milli.Az