Azərbaycanlı müğənni: "Siz bir neçə insanın həyatını xilas edə bilərsiniz"

9 Aprel 2014 11:04
Müğənni İlhamə Qasımova talassemiya xəstələri üçün keçirilən xeyriyyə tədbirinə qatılıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, fotolarını İnstaqram səhifəsində paylaşan sənətçi sosial xarakterli layihələrə imkan olduqca tez-tez qatıldığını bildirib.

O, "Bu gün talassemiya xəstələri üçün nəzərdə tutulan android enerji qolbaqlarının təqdimatında iştirak etdim. Hər kəsi talassemiyadan əziyyət çəkən insanlara yardım etməyə çağırıram. Siz bir neçə insanın həyatını xilas edə bilərsiniz", - deyə əlavə edib.

Milli.Az