Türkiyənin döyülən siyasətçiləri - FOTO

9 Aprel 2014 13:53

Türk siyasətçiləri arasında ən çox hücuma və sui-qəsd cəhdinə məruz qalan lider Bülent Ecevitdir

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun fiziki təzyiqə məruz qalması indiyədək analoji vəziyyətlə üzləşmiş siyasətçiləri yenidən gündəmə gətirib.

Anspress-in məlumatına görə, indiyəcən bir çox məşhur siyasətçilər yumruq-təpik zərbələrinə tuş gəliblər.

Ana Vətən Partiyasının başçısı Məsud Yılmaz da yumruqlu hücuma məruz qalanlardandır. Yılmaz 1998-ci ilin noyabr ayında Budapeştdə qaldığı otelin foyesində yumruqlu hücuma məruz qalıb. Həmin hadisə zamanı Yılmazın burnu qırılmışdı. Təcavüzkar daha sonra Türkiyəyə gələrək təslim olmuşdu.

Baş nazir Turqut Özala 1988-ci ildə ANAP Konqresi zamanı Kartal Dəmirağ tərəfindən atəş açılmışdı. Barmağından yaralanan Özal, sui-qəsdən sonra özündə güc taparaq təkrar kürsüyə çıxaraq çıxışını tamamlamışdı.

Türk siyasətçiləri arasında ən çox hücuma və sui-qəsd cəhdinə məruz qalan lider Bülent Ecevitdir. 1975-ci ildə CHP-nin Gerededə olan seçki mitinqi üçün meydana girən avtobuslara daşlı hücum olmuş, daha sonra isə meydanın yaxınlığındakı bir məscidin minarəsindən kütləyə atəş açılmışdı. Ecevitin adamları CHP millət vəkilini mühasirəyə alaraq hadisə yerindən uzaqlaşdırmışdılar.

Süleyman Dəmirəl baş nazir olduğu 1975-ci ildə yumruqlu hücuma məruz qalıb. CHP lideri İsmət İnönü 1 May 1959-cu ildə Uşakta minə yaxın insanın hücumuna məruz qalıb. Qurtuluş Döyüşünün böyük komandiri başına dəyən daşla yaralanıb.

Mardin Böyükşəhər Bələdiyyə Başçısı seçilən bitərəf millət vəkili Əhməd Türk də Bulancık iddiası üçün olduğu Samsunda 2010-ci ildə yumruqlu hücumla qarşı-qarşıya qalmışdı. Şırnakda jandarmaya aid mikroavtobusa edilən silahlı hücumda şəhid olan jandarma kapitan Levent Çətinqayanın Kayseridəki cənazə mərasiminə qatılan Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız da 2010-cu ildə bir adamın yumruqlu hücumuna hədəf olmuş və burnundan yaralanmışdı.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğluna edilən hücumda o, 4 yumruq zərbəsi alıb və gözlüyü qırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.