Şok: 9 yaşlı uşağı zorlayıb başını daşla əzdilər - VİDEO - FOTO

9 Aprel 2014 12:16

Vəhşicəsinə öldürülən Mertin cənazəsi ailəsi tərəfindən götürülərək torpağa tapşırılıb

Türkiyənin Qars vilayətində tükürpərdici cinayət hadisəsi baş verib.

Anspress-in xəbərinə görə, Qarsda yoxa çıxdıqdan bir müddət sonra ölmüş halda tapılan 9 yaşlı Mert Aydının meyiti ötən gün məhkəmə tibbi ekspertizasına təhvil verilib. Ekspertizanın 2.5 saat ərzində açıqladığı yekun rəy isə hamını şoka salıb. Belə ki, açıqlamada 9 yaşlı Mertin əvvəl zorlandığı, sonra daşla başına ağır zərbə aldığı, daha sonra isə əllə boğularaq öldürüldüyü bildirilib.

Vəhşicəsinə öldürülən Mertin cənazəsi ailəsi tərəfindən götürülərək torpağa tapşırılıb.

Təxminən 1000 nəfərdən ibarət bir qrup isə baş verənlərə qarşı etiraz aksiyası keçirib. Şəhər meriyasına yürüş edən adamlar vali ilə görüş tələb edib və cinayətkarın hələ də tapılmamasına etirazlarını bildiriblər. Aksiyaçılarla görüşən vali isə axtarışın davam etdiyin, cinayətkarın tapılacağını bildirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.