Aprel-mart aylarında Bakıda rusiyasayağı brend mallar geyinmiş, amma təmiz kənd şivəsi ilə danışan gənclər və ortayaşlılar çoxalıb. İlk baxışdan dərhal anlamaq olur - bunlar aprelin 1-dən Rusiyada əmək miqrantları üçün yaradılmış çətinliklər üzündən Azərbaycana geri qayıtmış əyalət insanlarıdır. 10-15 il qabaq əyalətlərdən birbaşa Rusiyada getdiklərinə görə, həm paytaxt Bakının dəbindən, həm də son illərdə Azərbaycanda formalaşmış leksik çalardan uzaq qalıblar.Milli.Az xəbər verir ki, anspress Rusiyadan geri qayıdan yüz minlərlə azərbaycanlının yaradacağı problemlərlə maraqlanıb