Aprelin 7-də Odessadakı "Veçerniy Baku" restoranında 39 yaşlı "Vaxa" ləqəbli "qanuni oğru" Baxış Əliyev güllələnib. Rusiyanın primecrime.ru saytının məlumatına görə, "Vaxa" ilə yanaşı, onun mühafizəçisi də öldürülüb. Qətli kim(lər)in törətdiyi barədə əlavə məlumat verilmir. "Vaxa" 2004-cü ildə gürcü "qanuni oğru"ların "sxodka"sında "oğru tacı"nı alıb. Rusiya vətəndaşı olan "qanuni oğru" son illər əsasən Ukraynada məskunlaşmışdı. Onu sonuncu dəfə ötən ilin aprel ayının 27-də Kiyevdə həbs etmişdilər və məhkəmənin qərarı ilə 3 il müddətinə Ukraynaya gəlmək yasaq olunmuşdu."Ded Xasan" klanında yer alan "Vaxa" ləqəbli Baxış Əliyev "Lənkəranski" ilə düşmən idi