Ermənistan ordusu mövqelərimizi növbəti dəfə atəşə tutub

9 Aprel 2014 09:39
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Milli.Az