İtmiş təyyarədən yenə səs gəldi

9 Aprel 2014 10:01
Malaysia Airlines şirkətinə məxsus olan təyyarənin axtarışlarına cəlb olunmuş Avstraliyanın "Ocean Shield" adlı gəmisi itmiş qara qutudan gəldiyi ehtimal olunan iki siqnal tutub. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə təyyarənin axtarışları ilə əlaqədar kooordinasiya mərkəzindən məlumat yayıblar. 

Bundan əvvəl radarlar bir neçə siqnal tuta bilib. Bu siqnallar qara qutulara məxsus tezliklərdə yayılır. Həmin siqnalların məhz itən təyyarəyə aid olub-olmadığı rəsmi təsdiqini tapmayıb. 

Qəbul olunan siqnalların analizi göstərir ki, həmin siqnallar itən təyyarənin xüsusiyyətlərinə uyğundur. 

Milli.Az