Röyanın komandası: "Boşuna vaxt itirməsinlər"

9 Aprel 2014 09:30
Milli.Az show.az-a istinadən xəbər verir ki, ötən gün Röyanın Moskva konserti ilə bağlı şayiələr yayılıb. Lakin təşkilatçılar bu xəbərlərin əsassız olduğunu bildirib açıqlama veriblər.

"Belə bir sevincli vaxtımızda, çox möhtəşəm bir konsertin qızğın məşqləri getdiyi ərəfədə bəzi jurnalistlərin yazdığı əsassız məlumatlar bizi məyus edir. Konsert üçün artıq hər şey hazırdır. Əsas komanda ilə Röyadır ki, onlar da konsertə hazırdırlar.

Qalan biletlər şəhərin, eləcə də Kremlin kassalarındadır. İndiyə qədər bizdən bilet gözləyənlərə demək istəyirik ki, biletlər çox az olduğu üçün sizə söz verə bilmərik. Moskvanın 130 kassasında biletlər satılır.

Dəvətnamə gözləyənlər artıq boşuna vaxt itirməsinlər. Kimə lazımdırsa, dəvətnamə göndərilib. Bizim bütün konsertlərimiz anşlaqla keçib və keçəcək. Dəstək olan hər bir kəsə xüsusi təşəkkür edirik. Əminik ki, gözəl bir gün yaşayıb və yaşadacağıq".

Milli.Az