Diqqətli olun: səma bizə "hədiyyələr" hazırlayıb - FOTO

9 Aprel 2014 10:13

Son illər ərzində ilk dəfə olaraq Mars planeti Yerə minimal məsafəyə yaxınlaşacaq.

ABŞ-ın Milli Aeronavtika və Aviasiya Agentliyinin (NASA) alimlərinin dediklərinə görə, bu gün Marsla Yer arasında "qarşıdurma" olacaq. Yəni Yer, Günəş və Mars bir xətt üzrə olacaqlar.


Aprelin 14-də isə Yerlə Mars bir-birinə ən yaxın məsafədə olacaq. Planetimizlə "Qırmızı planet" arasındakı məsafə 90 milyon kilometr təşkil edəcək.

Bu gün axşam saatlarında, qürub çağında Marsı Qız bürcündə görmək mümkün olacaq.

Adətən iki ildən bir Mars Yerə yaxınlaşır. Lakin bugünkü yaxınlaşma 15-17 ildən bir olur.


Yerin orta statistik radiusu 6371 km, Marsın radiusu isə 3386,2 kilometrdir.

NASA-nın Mars proqramının əməkdaşlarının hesabatında bildirilir ki, bu gün qürub saatlarında Mars kiçik narıncı nöqtə kimi görünəcək.


"Yaxınlaşma sonrakı günlərdə də davam edəcək və aprelin 14-də "qarşıdurma", yəni Mars, Günəş və Yerin bir xətt üzrə düzülməsi müşahidə olunacaq", - NASA-nın hesabatında deyilir.


Aprelin 14-dən 15-ə keçən gecədə, Marsın Yerə maksimal məsafəyə yaxınlaşdığı zamanda Ay da tamamən tutulacaq.

Üstəlik, Ay eynən Mars kimi qırmızı rəngdə olacaq.


Space.com isə bildirir ki, Kaliforniya Texnologiya İnstitutunun alimləri Marsda qəribə işıqlanma aşkarlayıblar. Onların fikrincə, bu işığın mənbəyi təbii yox, sünidir.


Marsdakı süni işıqlanma NASA-nın "Qırmızı planet"dəki "Curiosity" aparatı vasitəsilə qeydə alınıb.

Kaliforniya Texnologiya İnstitutunun professoru Melissa Rayın dediyinə görə, Marsın Kimberli dağı səmtində qeydə alınmış bu süni işıq mənbəyi diqqətlə araşdırılmalıdır.
 

"Süni mənbəli işığın Marsda həyatın olduğuna dəlalət etməsi barədə danışmaq istəməzdim. Lakin həmin planetdəki aparatların belə işıq yaymadıqlarıın nəzərə alsaq, qeydə alınmış paradoksal görüntülərin çox ciddi şəkildə araşdırılmağa ehtiyac duyulduğunu sanıram", - Melissa Ray söyləyib.
 

17 kamerası olan və saniyədə 3,8 sm sürətlə hərəkət edən "Curiosity" aparatının Marsdakı Geyl kraterinin yaxınlığında da belə süni işıq mənbəyini qeydə aldığı vurğulanır.
 

1976-cı ildə Marsda insan simalarına bənzəyən relyef formaları aşkarlamışdı.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.