Kartondan Porsche hazırladı - FOTO

9 Aprel 2014 13:17

Bu avtomobil superkardır və üzərinə qızıl suyu çəkilib. Fəqət Porsche kartondan hazırlanıb, sürəti də 11 km/saatdır.

Avstriyalı dizayner, 48 yaşlı Yohannes Lanqederin dediyinə görə, belə unikal, karton avtomobilin hazırlanması ona 15 min dollara başa gəlib.

Lanqeder avtomobilini Almaniyanın Hamburq şəhərində nümayiş etdirib.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Porsche GT3 RS avtomobilinin təkrarı olan, çəkisi 99,6 kq təşkil edən "avtomobil"i ərsəyə gətirmək üçün avstriyalı dizayner 6 ay çalışıb. Daha doğrusu, o, 1000 saatını bu karton avtomobilə sərf edib.
 

Karton avtomobil əslində qoşalaşdırılmış velosipeddir. Y.Lanqeder evinin birinci mərtəbəsindəki qarajında aylarla çalışaraq bu qoşa velosipedi superkara "çevirib".
 

"Maşınımın 24 ötürməsi var. Hamburqda olanda polis məni yolda saxladı. Lakin sənədlər qaydasında olduğundan heç nə demədilər. Pedalları fırladaraq maşını hərəkət etdirirəm. Kənardan baxanda əsl Porsche GT3 RS-ə bənzəyir", - Y.Lanqeder deyib.
 

Real Porsche GT3 RS-in dəyəri 170 min dollardır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.