Küçədə dəhşət: qızın boğazına çapacaq dirədi - FOTO

9 Aprel 2014 10:37

Çinin cənub-qərbindəki Yunnan vilayətinin Kunmin şəhərində küçədə bir qızın boğazına çapacaq dirəyərək onu girov götürmüş şəxs zərərsizləşdirilib.
 

Milli.Az AsiaOne-a istinadən bildirir ki, 35-40 yaşlı kişi əlindəki çapacağı qızın boğazına dirəyəndən sonra qışqırmağa başlamışdı: "Buraya polis çağırın! Polis gəlsin, tələbimi deyim! Tələbim yerinə yetirilməsə, bu qızın başını kəsəcəyəm!"
 

Hadisə yerinə gəlmiş polis bu şəxslə danışıqlara başlayaraq, ondan çapacağı yerə qoymağı və qızı buraxmağı tələb etsə də, adam qulaq asmayıb.

Bir saat davam edən danışıqlardan sonra əlində çapacaq tutmuş adama mülki geyimdə polis zabiti yaxınlaşıb.
 

O, potensial qatilin əlindən çapacağı alaraq bədəməli zərərsizləşdirə bilib.

Azad olunmuş qız boğazından çapacaq çəkilən kimi huşunu itirərək yerə yıxılıb.
 

Zərərdidə şəhər xəstəxanasına aparılıb.

Qızı girov götürmüş adamın hərəkətinin motivləri barədə hələlik məlumat verilməyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.